Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, AİHM 5 mart 2012-ci ildə Qarik Dadayanın Ermənistan Respublikasına qarşı iddiasına dair qərar verib.
Belə ki, qaçaqmalçılara zənginləşdirilmiş uranı satmağına görə məhkum edilən Dadayan mənəvi ziyana görə 90 min avro tələb edirdi. Lakin AİHM-in qərarına əsasən Ermənistan hökuməti 2400 avro ödəməlidir. Bundan əlavə, o, hüquqi xərclər üçün 9,200 avro tələb etsə də, AİHM 1000 avro ödənilməsini ədalətli qərara hesab edib. Nəticədə ümumi ödəniş 3,400 avro təşkil edib.
Bununla yanaşı, məhkəmə iddiaçının işində, İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin, xüsusilə ədalətli məhkəmə araşdırması və şahidlərin sorğulanması hüququnun pozulduğunu təsbit edib. Dadayan iddia edirdi ki, onun məhkəməsi zamanı iki şahidi çarpaz dindirməyə imkan verməyiblər.
Qeyd edilir ki, 2010-cu ilin 11 mart tarixində S.T. və H. O. adlı şəxslər Tiflisdə Ermənistandan gətirilən 15 qram zənginləşdirilmiş uranı satmağa cəhd edərkən Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb.
Həmin ilin aprel ayında Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstan tərəfindən həbs olunanların zənginləşdirilmiş uranı Dadayandan götürdükləri barədə məlumat alıb. Dadayan S.T. və H.O-ya yardım etdiyi üçün həbs edilib, daha sonra ona qarşı ittiham irəli sürülüb.
Məlumata görə, iki nəfər onlara qarşı cinayət işi qaldırılan Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən dindirilib. Daha sonra Dadayanın işi Tavuş rayon məhkəməsinə göndərilib.
İddiaçı dinləmələrindən birində müvəqqəti olaraq Ermənistana köçürülməsi və məhkəmə istintaqında Gürcüstandakı həbsxanalardan birində saxlanılan S.T və H.O.-nun iştirakının təmin edilməsini xahiş edib. Hakim onun xahişini təmin etsə də, Gürcüstan ədliyyə nazirliyi bundan imtina edib.
Dadayanın vəkili Ermənistanda olmayan və Gürcüstanda ifadə verən şəxslərin ifadələrinə istinad etməmək üçün məhkəməyə müraciət edib. Nəhayət, rayon məhkəməsi əmlakını müsadirə etməklə Dadayanı 7 il azadlıqdan məhrum edib.
Qeyd edildiyi kimi, hökmü verərəkən məhkəmə S.T. və H. O.-nun Gürcüstandakı ifadələrinə əsaslanıb.
Alpər Mövludoğlu
Ordu.az